EN

Yeni Kaledoniyadan Bakıya təşəkkür məktubu göndərilib

Bakı. Trend:

Bir neçə saat öncə Yeni Kaledoniyada fəaliyyət göstərənKanakinin siyasi məhbuslara dəstək kollektivi təşkilatımıza xüsusiməktub ünvanlayıb.

Trend xəbər verir ki, bubarədə jurnalistlərə açıqlamasında Bakı Təşəbbüs Qrupunun rəhbəriAbbas Abbasov deyib.

“Həbs edilən şəxslərin ailələri təşkilatımız tərəfindəngöstərilən dəstəyə görə xüsusi minnatlarlıq bildirir.

Vurğulamaq istərdim ki, bizim fəaliyyətimiz həm keçmiş, həm dəindiki koloniyalar tərəfindən yüksək qiymətləndirilir.

Bildiyiniz kimi, keçmiş müstəmləkələrkə əməkdaşlığa 1-2 ay öncəbaşladıq. Əsasən, hazırda müstəmləkəçilik siyasətindən zərər çəkən,yəni hazırda müstəmləkə olan regionlarla sıx əməkdaşlıq edirik”, -deyə o bildirib.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə“Afrikada Fransanın Neokolonializm siyasətinə” həsr edilmişbeynəlxalq konfrans öz işinə başlayıb.

Konfransda Afrikanın Seneqal, Burkina-Faso, Kamerun,Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve,Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasınınnümayəndələri iştirak edir.

Chosen
30
6
az.trend.az

8Sources