EN

Ərdoğan BRICS sammitində iştirakını təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib.

Bakıvaxtıa.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Sergey Ryabkov məlumat verib.

“Prezident Ərdoğan BRICS-in 16-cı zirvə toplantısının “autriç”/BRİCS plus formatında keçiriləcək sessiyasında iştirakını təsdiqləyib”, - o, sammitə hazırlıqla bağlı keçirilən mətbuat konfransında bildirib.

Chosen
24
8
bakivaxti.az

9Sources