EN

Vulkan püskürdü, ölkə təşvişə düşdü

İndoneziya əhalinin sıx məskunlaşdığı Yava adasında Merapi vulkanının püskürməsindən sonra xəbərdarlıq səviyyəsini 3-ə qaldırıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin ən aktiv vulkanı olan Merapi yenidən aktivləşib. 

Tez-tez aktiv olan vulkan ətrafdakılar üçün yüksək risk yaratdığı üçün bölgədə həyəcan səviyyəsi 3-ə qaldırılıb. Səlahiyyətlilər sakinlərə çay vadilərindən və lava axınının yayıla biləcəyi məhdud ərazilərdən uzaq durmağı tövsiyə edib. 

Merapi vulkanının sonuncu böyük püskürməsi 2010-cu ildə 347 nəfərin ölümünə və 20 min insanın təxliyəsinə səbəb olub. 

"Sakit okean od halqası" zəlzələ və vulkan qurşağında olan İndoneziyada 130 aktiv vulkan var.

Gülayə Mecid 

Chosen
30
unikal.az

1Sources