EN

Azərbaycanlı professor 8 milyon avro mükafat qazanıb

Bakı. Trend:

Kopenhagen Universitetinin nevrologiya üzrə professoru,Beynəlxalq Başağrısı Cəmiyyətinin rəhbəri, İnsan Miqreni AraşdırmaBirliyinin direktoru prof. Dr. Məsud Aşina Danimarka Milli TədqiqatFondunun 8 milyon avro mükafatına layiq görülüb. Bu mükafatMiqrendə Kəşflər Mərkəzinin yaradılmasına sərf olunacaq.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr2020-ci il tarixli Sərəncamı ilə Məsud Aşina “YAŞAT” FondununHimayəçilik Şurasının üzvü seçilib. Azərbaycanlı professor diasporfəaliyyətində xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamıilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilətəltif edilib.

Soydaşımız 2019-cu ildə Lundbeck Professor proqramı fondunun ənböyük həcmli qrant proqramında iştirak edərək baş ağrılarının yenimüalicə metodlarının axtarışına və təkmilləşdirilməsinə görə 5milyon avro mükafata layiq görülüb.

Məsud Aşina qazandığı mükafatla bağlı Diasporla İş üzrə DövlətKomitəsinin internet televiziyası olan Diaspor TV-yə müsahibəverib. Müsahibəni aşağıdakı linkdən izləmək mümkündür:

https://www.youtube.com/watch?v=Ok-cp1O-W0s

Chosen
18
4
az.trend.az

10Sources