EN

Toy karvanında yol boyu avtoxuliqanlıq edən “Niva” sürücüsü saxlanıldı - VİDEO

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində kobud qayda pozuntusu törədən sürücü videosunu lentə alaraq sosial şəbəkədə paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, bir müddət öncə toy karvanında qeydə alınlb. Hərəkətdə olan 99-FT-277 dövlət nömrə nişanlı “VAZ-2121” markalı avtomobilin sürücüsü yolda lüzumsuz manevrlər edib. Belə ki, “sağ-sol” edən sürücü əks istiqamətli yola çıxıb və qarşı tərəfdən gələn maşınlara təhlükə yaradıb. O, yol boyu “şou”suna davam edərək dəfələrlə qəza riskinə səbəb olub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən nəqliyyat vasitəsinin sürücüsü barədə qanunamüvafiq tədbirlər həyata keçirilib.

Nərmin

Chosen
8
1
avtosfer.az

2Sources