EN

Azərbaycan təhlükəsizlik orqanları müasir texnologiyalarla təmin edilib - Azər Qarayev

Bakı. Trend:

Oktyabrın 2-də Bakı şəhərində Azərbaycan Respublikası Əsir vəitkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar DövlətKomissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgətəşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həlli:ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi” mövzusundabeynəlxalq konfrans keçirildi. Bu mühüm tədbir itkin düşmüş şəxslərvə insan hüquqları sahəsində beynəlxalq təşkilatlarınnümayəndələrini, ekspertləri və itkin düşənlərin ailə üzvlərini biraraya gətirərək, bu həssas mövzu ətrafında müzakirələrə şəraityaratdı.

Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev bildirib.

A.Qarayev qeyd edib ki, Azərbaycan Dövlət TəhlükəsizlikXidmətinin rəisi və Dövlət Komissiyasının sədri Əli Nağıyevçıxışında belə bir konfransın ötən il keçirilmiş tədbirin davamıolaraq böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:

"O, itkin düşmüş şəxslər probleminin həlli istiqamətindəbeynəlxalq dəstəyin vacibliyini qeyd edərək, ailələrin öz yaxınlarıhaqqında məlumat almaq hüququnun təmin olunmasının əhəmiyyətini birdaha xatırlatdı".

O bildirib ki, Azərbaycanın təhlükəsizliyinin təmin olunmasındaXüsusi Xidmət Orqanlarının böyük əməyi var:

"Xüsusilə regionda sabitliyin qorunub-saxlanılmasındaAzərbaycanın strateji rolunu daha da artırır. Azərbaycan, eynizamanda, terrorizmə və digər qlobal təhdidlərə qarşı mübarizədəbeynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət verir.

Bu gün Azərbaycan təhlükəsizlik orqanları müasirtexnologiyalarla təmin edilib, hazırlıq vəziyyəti ən yüksəksəviyyədədir. Bakıda keçirilən konfrans regionda təhlükəsizlikmühitinin inkişafı və beynəlxalq səviyyədə əməkdaşlıq üçün yeniyolların araşdırılmasına xidmət edir".

İtkin düşmüş vətəndaşlarla bağlı məsələyə də toxunan politoloqəlavə edib ki, hazırda Dövlət Komissiyasının qeydiyyatında 3979itkin düşmüş şəxs var və işğaldan azad edilmiş ərazilərdə 18kütləvi məzarlıq aşkar edilib.

Ermənistanın Qarabağdakı separatçı rejimi müharibədən sonra bəzikütləvi məzarlıqları məqsədyönlü şəkildə məhv edib və Ermənistantərəfi bu məzarlıqlar barədə məlumatları vermir.

"Bu isə həm beynəlxalq hüquqa, eyni zamanda isə insanlığaziddir", - deyə o vurğulayıb.

Chosen
28
1
az.trend.az

2Sources