EN

Bakı metrosunda DƏHŞƏT: 55 yaşlı kişi özünü qatarın altına atdı - YENİLƏNİB

Bakı metrosunda qatarın altına düşərək ölən şəxsin kimliyi məlum olub.
 
Lent.az-ın əldə etdiyi məlumata görə, o, 55 yaşlı Rövşən Abışovdur.
 
İlkin ehtimala görə, R.Abışov intihar məqsədi ilə özünü qatarın altına atıb.
 
Hadisənin dəqiq motivi araşdırmalardan sonra məlum olacaq.
 
16:11
 
Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin “28 may” stansiyasında kişi sərnişin qatar yoluna düşüb.
 
Bu barədə Moderator.az-a səhmdar cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
 
Onun sözlərinə görə, hadisə qatar stansiyaya daxil olarkən baş verib. Maşinist dərhal qatarı saxlayıb, normativ tələblərə uyğun olaraq yüksək yoldan gərginlik çıxarılıb.
 
Sərnişin stansiya yolundan çıxarılsa da, onun vəfat etdiyi məlum olub.
 
Hadisəyə görə qatarların hərəkətində 17 dəqiqə yubanma olub. Artıq hərəkət bərpa olunub.
 
Chosen
45
1
moderator.az

2Sources