EN

İsrail Hizbullahın Dahiyədəki mətbuat ofisini vurdu

 İsrail ordusu Dahiyənin Harat Hıreyk rayonunda Hizbullahın mətbuat ofisini hədəfə alıb.

Hücum nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib.

Oxu24.com xəbər verir  ki, Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, Dahiyənin Muəvvad rayonunda İsrail ordusunun hücumu nəticəsində bir bina tamamilə dağılıb.

İsrail ordusunun Dahiyədəki Harat Hıreyk, Burj əl-Beracine, El-America, El-Qubeyri məhəllələrinə və El-Camus, El-Kifaat, Əl-Şihay bölgələrinə də hava zərbələri endirib.

 

Nigar

 

Chosen
32
1
oxu24.com

1Sources