EN

ADEX-2024: “Meteksan Savunma” şirkətinin KAPAN antidron sisteminə maraq böyük olub

Türkiyənin “Meteksan Savunma” şirkəti ADEX-2024 Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində özünün yeni məhsullarını və yüksək texnologiya həllərini nümayiş etdirib.

16ADEX-2024 sərgisinin ilk günündə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərgini ziyarəti zamanı “Meteksan Savunma” stendində olub. “Meteksan Savunma” şirkətinin İdarə Heyəti sədrinin Korporativ Strategiya və Biznesin İnkişafı üzrə müavini Selçuk Kerem Alparslan Prezident İlham Əliyevə ADEX-2024 sərgisində nümayiş etdirdikləri məhsullar haqqında məlumat verib.

Sərgi müddətində “Meteksan Savunma” şirkətinin KAPAN antidron sisteminə maraq böyük olub. “Meteksan Savunma” tərəfindən tamamilə yerli resurslarla hazırlanmış KAPAN antidron sistemi; “Retinar” FAR-AD Dron Aşkarlama Radarı, Elektro Optik Sistem (termal və gündüz kamerası) və Qarışdırma Sistemi (istiqamətli və/və ya bərabər istiqamətli) dron təhlükələrinə qarşı tam təhlükəsizlik həlli təklif edir.

Sistem bir operator tərəfindən idarə oluna biləcək şəkildə asan başa düşülən və rahat istifadəçi interfeysinə malikdir. İstifadəçi İnterfeysi Proqram Təminatı istifadəçini məntəqə, alt sistemlərin vəziyyəti, yüksəklik məlumatları, məsafə və başlıq bucağının ölçülməsi və en kəsiyinin təhlili kimi xüsusiyyətləri özündə cəmləşdirən xəritə ilə təmin edir. Bunun sayəsində istifadəçi KAPAN sistemindən aldığı məlumatlardan istifadə edərək mühafizə olunan məntəqədəki digər bölmələrə təhlükə barədə sürətli və dəqiq məlumat verir.

460913433Gündüz və gecə şəraitində təhdidlər “Retinar” FAR-AD Radarı tərəfindən ən azı 3 km məsafədən aşkarlandıqdan sonra 3D koordinatı (məsafə, yan bucaq və hündürlük) istifadə edilərək Elektro Optik Alt Sistemi və İstiqamətləndirilmiş Qarışdırma sistemi hədəfə avtomaatik şəkildə və ya istifadəçinin seçimi ilə yönləndirilir. İstiqamətləndirilmiş ərazidə Elektro Optik Sistemdən istifadə edərək, süni intellektə əsaslanan təsvirin işlənməsi alqoritmi ilə təhlükə avtomatik olaraq təsnif edilir və izlənilir. Sistem, dron kimi sinifləndirilən təhdidi Qarışdırma Sistemini avtomatik olaraq və ya istifadəçi seçimi ilə aktivləşdirərək zərərsizləşdirir.

Qorunacaq ərazinin xüsusiyyətlərindən asılı olaraq birdən çox KAPAN sistemi istifadə edilə bilər. Bu halda İstifadəçi İnterfeysi Proqram Təminatı sayəsində birdən çox sistem tək bir istifadəçi tərəfindən tək mərkəzdən asanlıqla idarə oluna bilər. Qorunan ərazinin hər yerindən gələn bütün məlumatlar fusion alqoritmləri ilə birləşdirilir və təhlükənin istiqamət və mövqe məlumatından asılı olaraq bölgə daxilində ən uyğun Elektro Optik Sistem və Qarışdırma Sistemi işə salınır.

KAPANKAPAN Antidron Sistemində sensor və əks tədbir komponentləri avtomobilin üzərinə, dirəyə və s. yerlərdə inteqrasiya olunmuş şəkildə yerləşdirilə bilər. Həmçinin genişləndirilə bilən və açıq arxitekturası sayəsində hər bir komponenti müxtəlif miqdarlarda birləşdirərək miqyaslana bilən regional/sabit qurğular kimi də quraşdırıla bilər. Yenə genişləndirilə bilən və açıq proqram arxitekturası sayəsində qorunacaq bölgədəki digər sistemlərlə inteqrasiya əldə edilə bilər. Bunun sayəsində həm performans, həm də xərc baxımından effektiv həllər istehsal oluna bilir.

Türkiyə Silahlı Qüvvələrinin də uzunmüddətli səhra sınaqları nəticəsində hərbi bazaların mühafizəsi üçün seçdiyi KAPAN antidron sistemi öz seqmentində dünyadaki ən təsirli sistemlərdən biri kimi göstərilir.

Sistemin bəzi texniki xüsusiyyətləri aşağıda verilmişdir:

KAPAN-ın istifadə yerləri

§ Qoşun və qüvvə mühafizəsi

§ Sərhəd nəzarəti və sərhəd təhlükəsizliyi

§ Kritik obyektlərin təhlükəsizliyi (hava limanı, elektrik stansiyası, neftqayırma zavodları, limanlar)

Ümumi xüsusiyyətləri

§ “Retinar” FAR-AD ilə ən az 3 km-dən dron aşkarlanması

§ Ölçəklənən memarlıq

§ 360° və ya seçilmiş sektor taraması

§ Hərbi standartlara uyğunluğu (MIL-STD-810, MIL-STD-461)

§ Zəif görmə şərtlərində hədəfin təsnifatı və identifikasiyası

§ 7/24 bütün hava şərtlərində işləmə

§ Uzaq məsafədən erkən xəbərdarlıq

§ Sürü dron təhlükəsinə qarşı effektiv

“Retinar” FAR-AD Dron Aşkarlama Radarı

§ Ku bant

§ 3D yer məlumatı (məsafə, yan bucaq, hündürlük)

§ Çoxlu hədəf izləmə

§ 2°x40° şüa eni

§ Müxtəlif fırlanma sürətlərində 360° davamlı skanlama

§ Tək zərbə sistemi

§ Spektroqram analizi

§ Tezlik atlama, zərbə sıxıştırma və Doppler siqnal emalı

§ Aşağı RF çıxış gücü (LPI)

Elektro Optik Sistem

 

§ Yüksek keyfiyyətli və uzun menzilli kameralar

§ Soyutmalı MWIR termal kamera

§ Full HD gündüz kamerası

§ Görüntü emalı ilə avtomatik dron identifikasiyası və izlənməsi

Qarışdırma Sistemi

§ Telemetriya əlaqəsi ve dron İdarəetmə tezlikləri

§ Video transfer tezlikləri

§ Wi-Fi/ISM tezlikləri

§ GNSS qlobal yerləşdirmə tezlikləri (GPS, GLONASS, GALILEO, BEIDOU)

§ İstiqamətli/bərabər istiqamətli qarışdırma

§ Yeni təhlükələrə görə Konfiqurasiya edilmə və proqmlaşdırıla bilmə

İstifadəçi İnterfeysi Proqram Təminatı

§ Süni intellektə əsaslanan dərin öyrənmə alqoritmləri ilə çox qatlı təhlükə təsnifatı

§ Birdən çox sistemin tək mərkəzdən nəzarət və idarə olunması

§ Açıq arxitektura, mövcud təhlükəsizlik sistemləri ilə inteqrasiya imkanı

§ Sensor fusionu

§ 3D Xəritə

§ Vizual/audio xəbərdarlıq

§ Qeydlərin idarə edilməsi

§ Cihazdaxili sınaq

§ Uzaqdan giriş imkanı

 

Chosen
41
poliqon.az

1Sources