ABŞ-da polis rəisi hakimi öldürüb.
Medianews.az Lent.az-a istinadla bildirir ki, hadisə Kentukki ştatında baş verib. 43 yaşlı polis rəisi Miskey Stines uzun illərdir dostluq etdiyi hakim 54 yaşlı Kevin Mullinsə iş otağında tapançadan 8 dəfə atəş açıb.
Nəticədə Mullins ölüb. Hadisədən sonra Stines könüllü polisə gedərək təslim olub. O, verdiyi ifadədə “Mənimlə ədalətli davranın. Arvad-uşağımı qaçıracaqlar” deyə qəribə sözlər səsləndirib.
Məlumata görə, Stines uzun illər öldürdüyü hakim Mullinsin katibi işləyib. 2018-ci ildə isə şəhərin polis rəisi seçilib.
Günahı sübuta yetiriləcəyi təqdirdə onu edam cəzası gözləyə bilər. Hazırda araşdırma aparılır.