EN

İlham Əliyev Zəngilanda yaşayış kompleksinin tikintisi ilə tanış oldu – Yenilənib + Fotolar


Prezident İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış olub.
Yeniavaz.com
xəbər verir ki, dövlət başçısına yaşayış kompleksi barədə məlumat verilib .
Qeyd edək ki, Zəngilan şəhərində quruculuq işlərinin geniş vüsət aldığı yerlərdən biri də bu yaşayış kompleksidir. Kompleksin təməli 2022-ci il oktyabrın 19-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
Bildirildi ki, 12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 1,92 hektardır və burada 104 mənzil inşa olunub. Kompleksdəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən istifadə edilib.
Yaşayış məhəlləsi şəhərin mərkəzi hissəsində, məktəb, uşaq bağçası və şəhər parkının yaxınlığında, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.


***15:24
Prezident İlham Əliyev Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoyub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Prezidenti həmçinin Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış olub.
Chosen
15
17
yeniavaz.com

10Sources