EN

Günlərdən Cəbrayıl...

Bu gün Cəbrayıl Şəhəri Günüdür.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyevin 2023-cü ilin iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü keçirilir.

Əlamətdar günün təsis olunması Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - oktyabrın 4-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür.

2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub.

Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Chosen
19
1
qafqazinfo.az

2Sources