"Biz elə bir yaş dövründəyik ki, hər addımı ağılla atmağa çalışırıq. Ona görə də hər şeyi Zakirlə məsləhətləşərək edirik". Manset.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Qonaqcanlı" verilişində deyib. Sənətçi həyat yoldaşının ona qadağa qoymadığını bildirib: "Mən elə yaşayıram ki, qadağalara ehtiyacım olmur. Geyimimə qarışmır. Zakir müasir insandır. Sevinirəm ki, belə biridir. Hər zaman o məni həvəsləndirir ki, daha iddialı və cəsarətli olmalısan. Olmaz desəydi, evdə oturardım. Səhnədəyəmsə, deməli, o məni dəstəkləyir". Qeyd edək ki, həkim Zakir Bayramovla ailəli olan Sevdanın iki qız övladı var.