EN

ICE birjasında Brent markalı neftin bir barelinin qiyməti 77 dolları ötüb

Londonun ICE birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti bir barel üçün 77 dolları ötüb.

TASS yazır ki, bunu ticarət məlumatları sübut edir.

Moskva vaxtı ilə saat 17:13-ə olan birja məlumatlarına əsasən, Brent markalı neftin bir barelinin qiyməti 4,98% artaraq 77,58 dollar olub.

Bundan əvvəl Zenit Bankın analitik departamentinin rəhbəri Vladimir Evstifeyev neft bazarındakı vəziyyəti şərh edib.

Mənbə TASS

Chosen
23
dogru.az

1Sources