EN

İşğalçı orduda muzdla Ukraynaya qarşı döyüşən 14 uşaqlı yəhudi öldürüldü...-FOTO

Jurnalistlərin öyrəndiyinə görə, onun adı əvvəllər Vladimir Qolub olub, sonra adını dəyişərək Avraham İzraileviç Melex qoyub və övladlarına da yəhudi adları verməyə başlayıb...
 
Ukraynada gedən müharibə zamanı 14 uşaq atası olan işğalçı məhv edilib. Sakini olduğu Tatarıstan regionu Rusiya Müdafiə Nazirliyi ilə müqavilə üçün ödənişi bir milyon rubla qaldıranda o, müqaviləni imzalayıb və döyüşə yollanıb.
 
Moderator.az bu haqda "UNİAN"-a istinadla xəbər verir.
 
Avraham Melexlə vidalaşma ailəsinin bu yaxınlarda köçdüyü Yelabuqa şəhərində baş tutub. "NeMoskva"nın aydınlaşdırdığına görə, onun birinci evliliyindən 11, ikinci evliliyindən isə üç uşağı var. Böyük qızının 22 yaşı var, kiçik oğlu 9 aylıqdır. Övladlarından 11-i azyaşlıdır.
 
44 yaşlı Abraham müqaviləni 2024-cü ilin iyulunda imzalayıb. İyulun əvvəlində Tatarıstan hakimiyyəti birdəfəlik ödənişi bir milyon rubla qaldırıb, həmçinin işə qəbulla bağlı telemarafon keçirib və sentyabrda Melex məhv edilib.
 
Jurnalistlərin öyrəndiyinə görə, onun adı əvvəllər Vladimir Qolub olub, sonra adını dəyişərək Avraham İzraileviç Melex qoyub və övladlarına da yəhudi adları verməyə başlayıb...
 
S.Laçın
Chosen
7
1
moderator.az

2Sources