EN

İsrailin Livandakı quru əməliyyatı bir neçə həftə davam edəcək

İsrailin Livanın cənubunda quru əməliyyatının əsas hədəfi sərhəddən təxminən üç mil (4,8 km) şimalda yerləşən təpələrdir...

Poliqon ABC telekanalına istinadən xəbər verir ki, həmin silsilə təpələrin arxasından Livan “Hizbullah” hərəkatı İsrailə, o cümlədən tank əleyhinə raketlərlə hücum etmək imkanına malikdir.

İsraildən olan təhlükəsizlik mənbələrinə görə, əməliyyatın bir neçə həftədən çox çəkməyəcəyi gözlənilir.

Xatırladaq ki, oktyabrın 1-də İsrail Müdafiə Qüvvələri Livanın cənubunda quru əməliyyatına başladığını elan edib. Məqsəd cənubi Livanda “Hizbullah” infrastrukturunun məhv edilməsi adlandırılıb.

Dünən, oktyabrın 3-də İsrail ordusu Livanın cənubunda gedən döyüşlər zamanı doqquz əsgərin öldüyünü bildirib. Qurbanlar arasında elit “Egoz” və “Golani” bölmələrinin döyüşçüləri də var. Livan ordusu da itkilər verir.

Poliqon.info

Chosen
24
poliqon.info

1Sources