Bakı. Trend:
Azərbaycan tamblinqçiləri Böyük Britaniyaya yola düşüblər.
Trend İdman.biz-ə istinadənxəbər verir ki, təmsilşilərimiz oktyabrın 4-6-da Telford şəhərindəkeçiriləcək tamblinq üzrə Böyük Britaniya çempionatında iştirakedəcəklər.
Yığmamızın heyətində Bilal Qurbanov, Mixail Malkin, HüseynƏsədullayev böyüklərin, Aleksey Karataşov isə gənclərin yarışındaqüvvəsini sınayacaq. Heyətə Adil Hüseyn-zadə rəhbərlik edəcək.
Qeyd edək ki, hakim Rahib Əliyev turnirdə ədaləti qoruyacaq.