Bakı. Trend:
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədarolaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürəthəddi 20 km/saat endirilib.
Trend xəbər verirki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektualİdarəetmə Mərkəzi məlumat yayıb.
Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub.Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahişedilir.