EN

Gimnastlarımız Böyük Britaniya çempionatında iştirak edəcəklər

Bakı, TurkicWorld

Azərbaycan tamblinqçiləri Böyük Britaniyaya yola düşüblər.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, təmsilşilərimiz oktyabrın 4-6-da Telford şəhərində keçiriləcək tamblinq üzrə Böyük Britaniya çempionatında iştirak edəcəklər.

Yığmamızın heyətində Bilal Qurbanov, Mixail Malkin, Hüseyn Əsədullayev böyüklərin, Aleksey Karataşov isə gənclərin yarışında qüvvəsini sınayacaq. Heyətə Adil Hüseyn-zadə rəhbərlik edəcək.

Qeyd edək ki, hakim Rahib Əliyev turnirdə ədaləti qoruyacaq.

Chosen
19
3
turkic.world

4Sources