EN

4 Oktyabr - Ümumdünya Heyvanların Mühafizəsi Günüdür

4 oktyabr bütün dünyada Ümumdünya Heyvanları Müdafiə Günü kimi qeyd olunur.

Publika.az xəbər verir ki, günün məqsədi diqqəti vəhşi heyvanların müdafiəsi və mühafizəsinə yönəltməkdir.

Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Elşad Əsgərov bildirib ki, heyvanların qorunması, müdafiəsi əsrlər öncə ortaya çıxmış bir anlayışdır. İnsanlar əvvəllər elə bilirdilər ki, heyvanlar da, təbiət də tükənməzdir. Amma sonradan başa düşüldü ki, heyvanların nəslinin kəsilməsi, bitkilərin tükənməsi baş verə bilər. Artıq bütün dünya belə riskləri qəbul edir və Azərbaycanda da vəhşi təbiətin mühafizəsi, heyvanların müdafiəsi ilə bağlı son zamanlar əhəmiyyətli və genişmiqyaslı işlər görülür.

“Hazırda Azərbaycanda 893 min hektar sahəni əhatə edən xüsusi mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bunlardan 10-u milli park, 10-u dövlət təbiət qoruğu, 24-ü dövlət təbiət yasaqlığıdır. Bütün bu şəbəkənin hamısı təbiəti, heyvanat aləmini qorumaq məqsədi daşıyır.

Chosen
11
2
publika.az

4Sources