Fövqəladə Hallar Nazirliyinin Akademiyasında gənc kursantların andiçmə və məzunların təntənəli buraxılış mərasimi keçirilib.
APA xəbər verir ki, mərasimdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da iştirak edib.
Nazir əvvəlcə Ümummili lider Heydər Əliyevin heykəlini ziyarət edib, andiçmə və buraxılış mərasimini izləyib.