EN

Fernandu Santuş: "Kimisə bağışlayacaq adam deyiləm"

AFFA-nın inzibati binasında millimizin baş məşqçisi Fernandu Santuş üçün mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb: 

- Ramil Şeydayevlə Emin Mahmudovu bağışlamısız?

- Necə yəni bağışlamaq? Kimisə bağışlayacaq adam deyiləm. Hansısa futbolçumuz üçün cəza prinsipi yoxdur. Futbolçudan xoşum gəlir, ya gəlmir deyə, milliyə çağırmıram. Düzdür, verdiyi qərarlar xoşuma gəlmədi. Kapitan kapitandır, qərar verməyi bacarmalıdır. Ancaq futbolçunu xoşum gəlir, ya gəlmir onu milliyə dəvət etmirəm. Emin keyfiyyətli futbolçudur. Ona görə milliyə dəvət edirəm.

- Zədəli var? 

- Tibb heyətindən məlumat verilib ki, heç bir zədə yoxdur. Yeganə Şahruddin Məhəmmədəliyevdir ki, onun xidmətindən istifadə edə bilməyəcəyik. Digər futbolçuda Bəhlul Mustafazadəddir ki, şübhə var zədəli olması haqda. Bu gün tibbi müayinədən sonra durumuna baxacağıq.Ona görə daha bir mərkəz müdafiəçisi cəlb etdim. Bəhlulla bağlı məsələ aydın deyil.

- Dördüncü oyundan sonra millimizi neçə xalla neçənci pillədə görürsüz?

- Slovakiya ilə yenidən qarşılaşacağıq. Zəif rəqib deyil. Neçə xalla bitirəcəyik, deyə bilmərəm. Çünki gələcəyi görmürəm. Bir şeyi deyə bilərəm ki, futbolçularıma güvənirəm. Bilirəm ki, onları daha yaxşısını edə bilərlər. Onlar da dərk edirlər ki, nələrisə dəyişmək lazımdır. Təbii ki, hər oyuna qələbə üçün çıxırıq. Ən azından mentaliteti dəyişmək lazımdır, komanda kimi fikirləşmək lazımdır. Fərdilikdən əl çəkmək lazımdır. Topla daha aqressiv davranmalıyıq. Fərdi olaraq, güclü olmalıyıq. Nələri dəyişmək lazım olduğunu bilirik. Amma bir oyun üçün yox, gələcəyə görə. Futbolçularla işləyəndən sonra gördüm ki, çox həvəslidirlər. Bu yolla davam etməliyik. İnanıram ki, istədiyimizə çatacağıq.

Millimiz Türkiyə ilə qarşılaşacaq

“Qarabağ” uduzdu, Azərbaycan reytinqdə gerilədi

Qurban Qurbanov: "Deyəcək söz yoxdur"

"Malmö"nün baş məşqçisi: "Qələbəyə layiq idik, qalib də gəldik"

“Qarabağ” “Malmö”yə məğlub oldu - YENİLƏNİB

Chosen
20
2
apasport.az

10Sources