EN

Aleksandr Bortnikov: NATO “sülhməramlı” adı altında öz kontingentini Cənubi Qafqaza yeritməyə çalışır

NATO “sülhməramlı” adı altında öz kontingentini Cənubi Qafqaza yeritməyə çalışır.

 

Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Astanada MDB Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının 55-ci iclasında bildirib.

 

Onun sözlərinə görə, Qərb Ermənistanın KTMT-dən çıxmasına can atır ki, bu da Bakı ilə gələcək münasibətlərdə İrəvanı NATO-dan daha da asılı vəziyyətə salacaq.

 

“Qərb İrəvanı Bakı ilə danışıqları ləngitməyə inandırmaqla, Ermənistan-Azərbaycan nizamlanmasına başçılıq etməyə və de-yure BMT-nin, de-fakto NATO-nun himayəsi altında regionda özünün “sülhməramlı” kontingentinin yerləşdirilməsinə nail olmağa çalışır. Cənubi Qafqazda NATO blokunun möhkəmlənməsi təbii ki, regionda sabitliyə kömək etməyəcək”, - deyə Rusiya FTX rəhbəri qeyd edib.

Tarix: 4 Oktyabr 2024, 11:19   
Chosen
5
6
pravda.az

7Sources