EN

Messinin komandası Klublararası dünya çempionatında oynaya bilər

Lionel Messinin formasını geyindiyi “İnter Mayami” Klublararası dünya çempionatında iştirak edə bilər.

Futbolpress.az xəbər verir ki, MLS-də müntəzəm mövsümün çempionu olan komandanın yaxın zamanda ev sahibinin təmsilçisi kimi turnirdə iştirak edəcəyi gözlənilir.

Klublararası dünya çempionatı ABŞ-də keçiriləcək. Yeni formatda təşkil ediləcək turnirdə 32 komanda iştirak edəcək və yarış iyunun 15-dən iyulun 13-nə kimi baş tutacaq.

Chosen
6
futbolpress.az

1Sources