EN

DSMF: Doqquz ayda 75 mindən çox elektron arayış alınıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 75 min 10 elektron arayış alınıb.

Bu barədə "İki sahil"ə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.

Həmin arayışların 22 min 791-i pensiya, 32 min 851-i müavinət və təqaüd, 10 min 186-sı fərdi şəxsi hesab, 2 min 505-i ünvanlı dövlət sosial yardımı, 1162-si torpaq pay mülkiyyətçisi, 1636-sı sosial sığorta şəhadətnamə nömrəsi, 1534-ü şəhid ailəsi üzvü, 632-si ünvanlı dövlət sosial yardımı ödənişləri, 930-u sağlamlıq imkanları məhdud olan uşaqlar, 732-si əlilliyi olan şəxslərə qulluq, 51-i Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub.

Chosen
16
3
ikisahil.az

4Sources