EN

İtaliya şirkəti ilə piroliz yağı istehsalı layihəsinin həyata keçirilməsinə dair birgə müqavilə imzalanıb

"Azərbaycan İnvestisiya Şirkəti" ASC, "SOCAR Downstream Management" MMC və İtaliyanın "Technip Energies S.p.A." şirkəti arasında piroliz yağı istehsalı layihəsinin həyata keçirilməsinə dair birgə müqavilə imzalanıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında bu haqda paylaşım edib.

"Ümumi dəyəri 97 milyon avro olan bu yaşıl layihənin reallaşdırılması tullantıların səmərəli emalına, sənaye istehsalının təkmilləşdirilməsinə və karbon emissiyasının azaldılmasına stimul verəcək", - nazir qeyd edib.

Chosen
8
10
vergiler.az

10Sources