EN

Gənclər ümumi iqlim problemləri üçün güclü həll mənbəyi ola bilərlər - Leyla Həsənova

Bakı. Trend:

Gənclər ümumi iqlim problemləri üçün güclü həll mənbəyi olabilərlər.

Trend xəbər verir ki, bubarədə COP29-un gənclər iqlim üzrə çempionu Leyla Həsənova Bakıdakeçirilən “İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi"çərçivəsində beynəlxalq konfransın son gününün açılış mərasimindədeyib.

"Akademik icma bu gün qarşımıza çıxan problemlərin dərkedilməsində mühüm rol oynaya bilər. Uşaqlar və gənclər təcilitədbirlərin görülməsi zərurətinin ən aktiv tərəfdarlarıdır. Onlarümumi iqlim problemlərimizin güclü həll mənbəyi ola bilərlər.

Uşaqlar və gənclər problemin ciddiyyətini və miqyasını tamşəkildə dərk edirlər. Onlar bu problemin həllinin bir hissəsi olmaqistəyir və olmalıdırlar, həmçinin, iqlim konfranslarındakımüzakirələrdə mərkəzi rol oynamalıdırlar. Məhz bu səbəbdən,COP29-un sədrliyi, BMT İnkişaf Proqramı (UNDP) və digər maraqlıtərəflərlə birgə bu il ilk İqlim Dəyişikliyi üzrə Yay Düşərgəsinitəşkil edib.

Bu düşərgədə 35 ölkədən 75 gənc müəllim iştirak edib. Biz onlarıbir araya gətirdik ki, iqlim dəyişikliyinin əsaslarını, onunsəbəblərini və elmi əsaslarını öyrənsinlər", – o bildirib.

Chosen
16
az.trend.az

1Sources