EN

İsrailin nə etmək istədiyini anlamaq üçün yəhudinin dinini, şəriətini və tarixini biləcəksən...

Netanyahu İşayanın kəhanətindən, sonra isə Samuel Peyğəmbərdən və Amaliklər ilə savaşlarından danışırdı. Ancaq cümləni sonuna qədər demədi. Yəhudilərin ilk kralı Saul (Quranı Kərimdə adı Talut olaraq keçir) Tanrının Amalikləri öldürün, kişilərini qılıncdan keçirin, heyvanları kəsin, ağaclarını kəsin əmrini yerinə yetirməz. Kralın canını bağışlayar və bunu görən hakim/peyğəmbər Samuel Sauldan üz döndərər. Daha yeniyetmə gənc olan çoban Davudu yeni kral olaraq seçər. Bu hadisəni qoyaq bir kənara.

Yəhudilər üçün Yerusəlim/Qüds eradan əvvəl 1000-ci ildə Davudun zəfəri sayəsində paytaxt oldu. O zaman şəhər sadəcə hərbi, siyasi, iqtisadi önəm daşıyırdı. Lakin nə zaman DİNİ məna kəsb etməyə başladı..? Davud Allah üçün məbəd tikməyə başladığı zaman. Məbədin inşasına başlayan Davudu peyğəmbər Natan/Nathaniel durdurdu. Çünki Tanrı peyğəmbər Natana ' Davud çox qan töküb. O qanlı əlləri ilə mənim evimə toxunmasın. Evimi oğlu Şlome/Süleyman inşa etsin' deyə vəhy göndərir. Atasının işini Süleyman bitirir. Və məbəd Süleyman Məbədi adını alır. O andan etibarən Qüds/Yerusəlim yəhudilər üçün tamamilə dini/uluhiyyət qazanmış bir şəhərə çevrilir. Vazkeçilməz, əsla kimsəyə verilməyəcək Tanrının şəhərinə.

Qurban adəti bir çox bütpərəst, monoteist dinlərdə var. Yəhudilikdə isə qurban ( yəhudi dilində qurban/korbanot adlanır) adəti ÖZƏL bir ritualdır. Çünki qurban məhz Məbədin həyətində kəsilər və qanı məbədin həyətinə axıdılar. Çünki Tanrıya adanmış qurbanın əti də, qanı da Tanrınındır. 70-ci ildə Roma İmperatoru Vespianusun oğlu Titus 2-ci dəfə Məbədi dağıtdığı üçün yəhudilər qurban adətini dayandırdılar. Məbəd olmadığı üçün qurban kəsmək qadağan edildi. İslamda qurbanı Məkkədə, Mədinədə, istəsən həyətində belə kəsə bilərsən. Məkan ilə bağlı heç bir qanun yoxdur. Lakin yəhudilikdə qurban sadəcə və sadəcə MƏBƏDdə kəsilər. İsrael bugün Məbədi inşa etməyə çalışır. 3-ü dəfə tikiləcək olan Süleyman Məbədini. İsrailin dərin dövlət ağlının 1948-dən bugünə tək məqsədi odur. Qarşıda 3 məqsəd var.

1) Aliyah edəcək (Aliyah mənası evə dönüş deməkdir. Dünyanın 4 bir yanından İsrailə gələcək olan yəhudilər) yəhudilər üçün məkan, şərait, TORPAQ qazanmaq. Ölkənin sərhədini genişləndirmək. Nil çayından, Fərat çayına.

2) Son zamanlarda bölgədə kəşf edilən qaz yataqlarına əl qoymaq. İqtisadi, maliyyə və enerji maraqları.

3) Dini olaraq Məscidi Əl Əqsanı yıxıb, 3-cü Süleyman Məbədini inşa etmək.

Pərviz Əliyev

visiontv.az



Chosen
8
visiontv.az

1Sources