EN

Ukrayna vətəndaşlarına qarşı hərbi cinayətlərdə iştirak edən Zaporojye AES-in əməkdaşı öz avtomobilində partlayıb

Oktyabrın 4-də Zaporojye vilayətinin işğal olunmuş Enerqodarında rus işğalçılarının nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasında işləyən Andrey Korotkinin yerləşdiyi avtomobil partlayıb.

Editor.az bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR MO) Facebook-da məlumat yayıb. Korotki hərbi cinayətlərin təşkili və icrasında, işğal altında olan ukraynalıların repressiyasında iştirak edən əməkdaşdır.

“Zaporojye AES-i ələ keçirdikdən sonra o, könüllü olaraq rus işğalçıları ilə əməkdaşlıq edib, zavod işçilərinin siyahılarını və şəxsi məlumatları ruslara ötürüb, Atom Elektrik Stansiyasının işçilərinə qarşı repressiyalarda və Enerqodarın mülki vətəndaşlarına qarşı hərbi cinayətlərdə iştirak edib”, – məlumatda deyilir.

Korotki Rusiya işğalçı ordusuna dəstək məqsədi ilə daim tədbirlər təşkil edib, həmçinin Rusiya prezidenti Vladimir Putinin partiyasının üzvü kimi “Vahid Rusiya”nın Enerqodarda “deputatlar şurasına” rəhbərlik edib.

//Samir Qurbanov, Editor.az

Chosen
9
editor.az

1Sources