EN

Xuraman Əsgərova tələbələrin gözü ilə... - FOTOLAR

Təhsilin dərin mənasını hiss etdirmək, biliklərin genişlənməsinə kömək etmək və gələcəyə nəzarət etmək üçün müəllimlər həyatımızda əhəmiyyətli bir rol oynayır. Lakin aralarından fərqlənən bir qrup insan var ki, onlar təhsil prosesini bir missiya kimi görməklə tələbələrin həyatlarında daimi izlər qoyur. Bu səmimi və fədakar şəxslərdən biri də Xuraman Əsgərovadır.

 

Xuraman xanım təhsil sahəsindəki uzun illər ərzində dəyərli bilikləri və səmimi ruhu ilə diqqət çəkmişdir. Onun müəllim kürsüsündəki təsiri sadəcə biliklər ilə məhdud deyil, həm də tələbələrin özünə güvəninə, yaratıcılığına və özünü ifadə etmə qabiliyyətinin inkişafına təsir edir.

 

Xuraman xanım təhsil sahəsində inkişaf etmək üçün daim yeniliklərə açıqdır və tələbələrini müxtəlif müəssisələr və təcrübələrlə təmin edir. Onun dərslərində təcrübəyə əsaslanan təlim metodları və həyat təcrübələrindən gələn prakitik məlumatlar, tələbələrin həyatı və təhsilə baxışını dəyişdirir. Məhz həyatını dəyişdirdiyi tələbələrdən biri də mənəm. Mən Orucova Fatimə, artıq Azərbaycan Dillər Universitetinin alman dili müəllimliyi ixtisasını bitirən məzunam.. 4 ildir ki, Xuraman müəllimə bizə dərs deyib. Onun kimi böyük bir tərbiyəçi və mənəvi liderlə tanış olmaq mənə həmişə şərəf verir. Dərslərində öyrəndiklərim və yaşadığım təcrübələr həyatım boyu mənimlə olacaq. Onun tərəfindən aldığım məsləhətlər, səmimi rəhbərlik və dərin mənada mənsubiyyət hissi, mən və biz tələbələr üçün dəyərli və unudulmazdır. 

 

Müəllimlər, həyatımızda özəl bir yerdə qalır . Xuraman müəllimə kimi səmimi, fədakar və təlim prosesinə səmimiyyətlə yanaşan şəxslər təhsilin işıq saçan sərgüzləri kimi qəbul edilir. Onun mövzulara olan dərin məsləhətləri, öyrəncilərinə verdiyi dəstək və onların həyatında qoyduğu izlər, onu təhsil sahəsində ən əziz və dəyərli müəllimlərdən biri edir. Yalnız mən deyil, demək olar ki, bütün tələbələrin düşüncələri eynidir. 

 

Tələbələrin Xuraman xanım haqqında düşüncələri:

 

Xuraman xanım haqqında nə qədər yazsaq, nə qədər danışsaq az olar. Çox tələbələr var ki, ixtisasını sevərək təhsil almır və ya istədiyi ixtisasa qəbul olmadığı üçün məyus olub həvəssiz olur tədris prosesinə. Xuraman xanım bizə ixtisasımızı, alman dilini o qədər sevdirib ki, hər birimiz onun sayəsində gələcəyin peşəkar kadrları olmaq üçün həvəslə oxuyuruq. O yalnız dərs prosesində deyil, hər zaman tələbələrin yanındadır və dəstək olur. Həm tədris prosesində aktiv olmağımız, həm də tələbəlik illərimizi sosial aktiv, əyləncəli keçirməyimiz üçün çalışır. Və bu yazıda da demək istərdim ki, üzünüzdəki o xoş təbəssüm və müsbət enerjiniz heç vaxt əskik olmasın. Yaxşı ki, sizin kimi gözəl bir kafedra müdirimiz var. Sizi çooox sevirik! - Elmira Kərimova 414A

 

İlk olaraq, onu qeyd edim ki bir müəllimə kimi Xuraman müəllimə bizim üçün çox özəldir,istər müəllimə istərsə də bir qadın kimi nümunə götürdüyüm insanlardandır.Ümid edirəm ki o gözəl üzünüzdən heç bir zaman gülüş əksik olmasın. -İskəndərova Ədilə 414A

 

Mən Həmidova Yaqut.  Xuraman müəlliməni bir ildir tanımağıma baxmayaraq sanki illərdir tanıyırmış kimi hiss edirəm. Hər zaman bizim yanımızda olduğunu bizə hiss etdirib. Və burdan Xuraman müəlliməyə demək istəyirəm ki, yaxşı ki varsınız, yaxşı ki bizim müəlliməmiz olmusunuz və yaxşı ki sizi tanımışam. -Həmidova Yaqut 414B


Xuraman müəllimə haqqında danışmaq üçün sözlər kifayət etmir.  Kafedramız üçün çox dəyərli müəllimədir. Bizə dərs deməmişdən öncə belə tələbələrin sevimlisi idi. Hər zaman tələbələr üçün fədakarlıq edir, bizə dəstək olur, çox pozitiv və gülərüz olduğu üçün onu görəndə belə sevinirdik.  Bir müəllim kimi onu daha yaxından tanımaq istəyirdim. Kafedraya  gələndə belə enerjili, səmimi olması məni təəccübləndirdi. Dərsində ciddiliyi, bizə motivasiya verməsi, pozitivliyi, sadəliyi bizim üçün çox dəyərlidir. Nə yaxşı ki belə bir sadə və zərif qəlbli biri bizim kafedramızın müdiridir və bizə dərs keçməsi də bizim üçün böyük qürurdur. Tələbələrə çox gözəl bir müəllim nümunəsidir. Hər dəfə tələbələri üçün əlindən gələni etməsi, bizim öyrənməyimiz üçün bu qədər əziyyət çəkməsi bizi çox sevindirir. Hər zaman tələbələri üçün çalışır, əhəmiyyətli işlər görür və ona olan sevgimiz də daim artır. Xuraman müəlliməyə arzularım sonsuzdur. İşlərində daim müvəffəqiyyətlər arzulayıram.Hər zaman belə gülərüz, mehriban, pozitiv, qayğıkeş işlərində uğurlu və tələbələrin sevimlisi  kimi ağılımızda qalacaq. Sizi çox sevirik! – Məmmədli Gülnar 314A


Mən bir müəllimə haqqında yazmaq istəyirəm.
Mənim üçün əziz olan və  tanıdığım üçün xoşbəxt olduğum bir müəllimədən...
Əziz Dil bacarıqları müəlliməmiz, kafedramızın çox dəyərli və hörmətli müdiri Xuraman müəllimə.
Xuraman müəllimə haqqında deyiləcək ,yazılacaq o qədər söz var ki..


Bundan tam 2 il  əvvələ qədər Xuraman müəlliməni sadəcə kafedra müdiri olaraq tanıyırdım və deyə bilərəm ki, əzminə ,peşəsini və tələbələri sevməsinə,  onları  hər zaman var gücüylə müdafiə etməsinə heyran idim.
Amma bir müəllimə kimi dərsdə necə olduğunu bilmirdim və sözün açığı çəkinirdim də.
Budur, 2 aydır ki ,bizə dərs keçir. Deyə bilərəm ki,bu müddət ərzində də Xuraman müəlliməyə olan sevgim daha da artdı.


Dərsi izah etməsi,ciddilliyi və pozitivliyi,bizlə münasibətii və hər şeydən önəmlisi sadəliyi və zərifliyi ..belə bir müəlliməni tanımaq və ondan dərs almaq  çox özəl və gözəldir.


Bizə özümüzü dəyərli hiss etdirən ,dərs oxuma həvəsi və motivasiyası verən,nə vaxt bir problemimiz olsa həll etməyə çalışan dəyərli müəlliməmiz, yaxşı ki varsız. - Məmmədzadə Məxmər 314 A


Xuraman müəllimə digərlərindən fərqləndirən cəhət onun hamıya qarşı fərqli özəlliklə rəftarıdır.Universitetin ilk ilindən bizimlə müəllim kimi yox ana kimi davrandı.Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası artıq evimizdən sonra ikinci doğma məkanımız oldu.Alman dilini dərindən yiyələnməyimizdə onun rolu çox böyükdür.Çoxlu xahişlərimizlə bu semestrdən etibarən bizə dərs keçməyə başladı.Heç kimin bilmədiyi ama bizə sonradan məlum olan çox gözəl işlərə imza atması onun ziyalılığının simvoludur. 314A üçün özəlsiniz və həmişə də elə qalacağınıza əminəm. -Kənan 314 A

 

Xuraman müəllimə haqqında fikirlərimi ifadə etmək istəsəm müsbət duyğular qabarıq olar. Bizə etdiyi rəhbərlik müddətində onun fərqli dərs keçmə metodikası, tələbələrə olan qayğıkeş davranışı mənim üçün həmişə bir nümunə olubdur. Enerjisi və müsbət insanı keyfiyyətləri onu unudulmaz müəllimlərdən biri edib. Hər tələbəyə Xuraman müəllimə kimi müəllimlik adını ucalarda daşıyan bir müəllimə arzu edirəm. – Ləman Əsədzadə məzun

 

Bizə 4 ildir ki, Xuraman müəllimə dərs deyir. Biz ondan müəllimliklə  yanaşı, yaxşı insan olmağı, dostluğu öyrənmişik.Ən çətin vaxtlarımızda belə bizə dəstək olub.İstər universitetlə bağlı, istər digər məsələlərlə bağlı.
Hər zaman şən, gülərüz , səmimi müəllimə olub.Hər zaman çalışıb ki, bizi aktiv, nümunəvi bir tələbə kimi yetişdirsin.Tədbirlər, təşkilatlar, gəzintilər təşkil edib. 


Şanslıyıq ki, 4 illik universitet həyatında, bu yolu bizdən qabaqda gedib, ən düzgün yolları bizə göstərən Xuraman müəllimə var. – Ləman Quliyeva məzun

 

Təhsil aldığım universitet mənə bu 4 ildə istər yaxşı istər pis mənada çox şey qazandırdı.Onlardan ən gözəli olan isə müəllimlərim idi.Xuraman müəllimə isə bu müəllimlərin ən başında gələnlərdəndir. Zamanla yaranan sevgi və dərin hörmət Xuraman müəlliməni yaddaşıma həkk etdi.İstər müəllim,istər bir qadın,istər bir ana və ən əsası bir insan  kimi hər zaman bizə nümunə olmuşdur. Dəstəyini, sevgisini, güvənini hər zaman hiss etdirmişdir gözəl müəlliməmiz.Hər şey üçün təşəkkürlər əziz müəlliməm.Yaxşı ki siz! -Nigar Cavadzadə məzun


Xuraman müəlliməni 1-ci kursda ikən tanışımdım. Onlayn dərslər olmasına baxmayaraq, bizimlə maraqlanır, tək öz fənnində deyil, digər fənlərdə də nəticələrimizi soruşur və yüksək nəticə göstərdiyimizdə öz övladı kimi sevinib qürur duyurdu. Mən onun tələbəsi olduğum üçün şanslıyam və həyatımda həmişə onun məsləhətlərini xatırlayacağam. Bu universitetdən ayrıldıqdan sonra da o, mənim sevimli müəllimim olaraq qalacaq və onu heç vaxt unutmayacağam. Mənə nümunə ilə öyrətdiklərini həmişə xatırlayacaq və gələcəkdə onun kimi böyük şəxsiyyət olmağa çalışacağam. Mehriban və ürəyi açıq bir müəllimənin tələbəsi olmaqdan qürur duyuram.- Xanməmmədova Fidan məzun

 

Alman dili müəllimliyinin 4 cü kurs tələbəsiyəm. Xuraman müəllimə bizə birinci kursdan bəri dərs deyir. Ondan çox şey öyrəndim : güclü olmağı ; istədiyimiz şeyi alana kimi mübarizə aparmağı; hər mövzuda ədalətli və səbrli olmağı; səhv etməkdən qorxmamağı əksinə ondan dərs çıxarmağı öyrətdi. Xuraman müəllimə tələbələrinə hər zaman övladı kimi yanaşır. Problemiz olanda, çətinliyə düşəndə bizə yol göstərir. Biz onunla bir çox tədbirlər keçirmişik və bizim yadımızda xoş xatirələr qalıb. Xuraman müəllimə həm şəxsiyyət həm də müəllimə olaraq örnək aldığım ən güclü qadınlardan biridir. Onun yeri hər zaman mənim üçün əzizdir.-Firəngiz Mahmudova məzun

 

Universitetlə tanışlığa getdiyimiz gün mehribanlığı, səmimiyyəti, həyat dolu olması, gözəlliyi ilə diqqətimizi çəkən Xuraman müəllimə ilk gündən bize doğma münasibət göstərmişdi. 4 il ərzində hər nə olursa olsun gülər üzü ilə bizi qarşılamış və bizə çox böyük motivasiya olmuşdur. Biz ondan yalnız elmi deyil, bir çox şey öyrənmişik. Amma mənim üçün ən önəmliləri qarşılıq gözləmədən yaxşılıq etməyi, sevməyi bacamaq olmasıdır. Çünki bunun üçün çox gözəl, təmiz bir ürək lazımdır. Hər birimizə öz doğma övladı kimi yanaşan Xuraman müəllimə sayəsində özümüzü toxunulmaz və nə olsa həll edə bilən bir anamız olduğunu hiss etmişik. Həqiqətən də bütün tələbələrinin yaddaşında hər zaman çox xoş xatirələrlə qalan nadir müəllimlərdəndir. Biz çox şanslıyıq ki, sizin kimi bir müəlliməmiz olub. Bizə əsl müəllimə necə olur onu siz öyrətmisiniz. Bütün əziyyətiniz üçün sonsuz təşəkkürlər müəllimə!.- Həsənova Səbinə məzun

 

Chosen
16
modern.az

1Sources