EN

Tələbə xolesterola görə 28 günə 720 toyuq yumurtası yedi - VİDEO

ABŞ-də Harvard Universitetinin tibb tələbəsi Nik Horovitz metabolik təcrübə çərçivəsində 28 gün ərzində 720 toyuq yumurtası yeyib. Bu barədə Oddity Central məlumat yayıb. O, bu məhsulun bədəndəki xolesterol səviyyəsinə necə təsir etdiyini bilmək istəyib.

"Harvard Universitetinin tibb tələbəsi Nik Horovitz mənfi xolesterin kimi tanınan LDL (aşağı sıxlıqlı lipoprotein) səviyyələrinə təsirini yoxlamaq üçün 28 gün ərzində 720 toyuq yumurtası yeyərək "yumurta təcrübəsi" aparıb.Yumurtanın sağlamlığa faydaları ilə bağlı fərqli fikirlərə baxmayaraq, bir çox mütəxəssis hələ də onları müəyyən həddə istehlak etməyi məsləhət görür. Buna görə də metabolik sağlamlıq üzrə doktorluq dərəcəsi alan Horovitz, bir ay ərzində hər saat bir qaynadılmış yumurta yeyərək bədənini sınamağa qərar verib. Onun eksperimentinin nəticələri son dərəcə gözlənilməz olub: LDL səviyyəsi 20% azalı və bu, yumurtanın sağlamlığa mənfi təsiri ilə bağlı mövcud fikirlərə şübhə yaradıb",- məqalədə yazılıb.

Horovitz özü isə deyib ki, "Bu təcrübənin məqsədi müxtəlif amillərin müxtəlif insanlarda xolesterol səviyyələrinə necə təsir göstərə biləcəyini nümayiş etdirmək idi".


Tural

Chosen
16
1
news365.az

2Sources