EN

Şimali Koreya Rusiyadan silah müqabilində nə alır?

Amerikanın "Foreign Policy" jurnalı maraqlı məqalə dərc edib. Müəllif iddia edib ki, Şimali Koreya Rusiyanı silahla təmin etməklə bunun müqabilində təkcə ərzaq və yanacaq əldə etmir.

Qeyd olunub ki, Ukraynaya qarşı müharibədə Rusiyaya kömək etmək üçün silah təchizatının gücləndirilməsi Vaşinqtonda Çin və İran da daxil olmaqla anti-Qərb ölkələrinin güclü koalisiyasının yaranması ilə bağlı narahatlığı artırıb.

Jurnal yazır ki, Rusiyanın Şimali Koreyanı qabaqcıl hərbi texnologiya ilə təmin etməyə nə dərəcədə hazır olması daha narahatedici və müəyyən edilməsi daha çətin olan məsələdir.

"Bu, Baydenin rəhbərlik etdiyi Ağ Ev üçün yeni qarşılıqlı müdafiə paktından xeyli əvvəl problemə çevrilib. Moskva onilliklər ərzində Pxenyanı raket texnologiyaları ilə təmin etsə də, administrasiya xüsusilə qırıcı təyyarələrin, tankların və raket texnologiyalarının ötürülməsindən narahatdır", - nəşr yazıb.

Bildirilir ki, Pxenyanın çoxsaylı "arzu siyahısı"na peyk texnologiyası, raket yönləndirmə sistemləri, qitələrarası ballistik raket çatdırma sistemləri və hətta qabaqcıl sualtı texnologiyası daxil ola bilər. Ancaq Rusiyanın bunun müqabilində nə verəcəyi hələlik bəlli deyil.

"Şimali Koreya bundan nə qazanır? Sadəcə biz bilmirik. Ruslar əslində xüsusi bir şey verdiklərini demirlər. Ərzaq və neft tədarükü haqqında məlumatdan başqa real, etibarlı informasiya yoxdur. Hərbi texnologiyaların transferi ilə bağlı faktiki məlumat yoxdur...Şimali Koreya təkcə nüvə texnologiyasından deyil, hər şeydən faydalana bilər. Onların adi silahlar və ikili təyinatlı texnologiyalar sahəsində böyük ehtiyacları var",- ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı və Şimali Koreya silahlarının yayılması üzrə ekspert Van Diepen qeyd edib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Chosen
15
news365.az

1Sources