Türkiyə millisinin UEFA Millətlər Liqasında Monteneqro və İslandiya ilə keçirəcəyi oyunlar üçün heyəti açılanıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Vinçentso Montella heyətə 27 futbolçu çağırıb.
Onlardan 4-ü qapıçı, 8-i müdafiəçi, 12-si yarımmüdafiəçi, 3-ü isə hücumçudu.
Qeyd edək ki, Türkiyə millisi Monteneqro ilə oktyabrın 11-də, İslandiya ilə isə 14-də qarşılaşacaq.
Qapıçılar: Altay Bayındır, Mərt Günok, Muhammed Şengəzər, Uğurcan Çakır;
Müdafiəçilər: Abdulkərim Bardakçı, Emirhan Topçu, Eren Elmalı, Fərdi Kadıoğlu, Mərt Müldür, Merih Dəmiral, Zəki Çəlik, Samet Akaydın;
Yarımmüdafiəçilər: Atakan Karazor, Hakan Çalhanoğlu, İsmayıl Yüksək, Kaan Ayhan, Okay Yokuşlu, Orkun Kökçü, Arda Gülər, Kənan Yıldız, İrfan Can Kahveci, Kərəm Aktürkoğlu, Semih Kılıçsoy, Yunus Akgün;
Hücumçular: Ahmet Kutucu, Bertuğ Yıldırım, Barış Alpər Yılmaz.