EN

ABŞ və İsrail İranın neft obyektlərinə hücumu müzakirə edir- Bayden açıqladı...

Image

İsrailin İranın raket hücumuna nə vaxt cavab verəcəyi hələlik məlum olmasa da, ABŞ prezidenti Bayden ABŞ və İsrailin İranın neft obyektlərinə hücumu dəyərləndirdiyini bildirib. 

Jurnalistlərin "İsrailin İranın neft obyektlərinə hücumunu dəstəkləyəcəksinizmi?" sualını cavablandıran Bayden “bunu müzakirə edirik” cavabını verib.

Bir jurnalistin İsrailin İrana qarşı qisas hücumuna icazə verib-verməyəcəyini soruşduqda isə, Bayden, “ilk növbədə, biz İsrailə icazə vermirik. İsrailə məsləhət veririk və bu gün heç nə olmayacaq" dyib.

Bundan əvvəl, Bayden İsrailin İranın nüvə obyektlərinə hər hansı hücumuna qarşı olduğunu açıqlamışdı.

TAHİR





Chosen
14
46
baki-xeber.com

10Sources