EN

Marketlər şəbəkəsinin Cəbrayılda filialı istifadəyə verilib

Xidmət sahəsini artırmaqda davam edən Bazarstore yeni mağazasını işğaldan edilmiş Cəbrayılda açıb.

Mağazanın ümumi sahəsi 1000 m²-ə yaxındır. Artıq Cəbrayıla qayıdan yerli sakinlər, həmin ərazilərdə xidmət edən hərbçilərimiz, həmçinin işğaldan azad edilmiş torpaqların yenidən qurulmasında iştirak edən qurumların əməkdaşları Bazarstore-dan alış-veriş edə bilərlər.

Yüzə yaxın marketlə fəaliyyət göstərən Bazarstore qısa müddətdə bütün Qarabağda xidmət göstərməyi planlaşdırır. Qeyd edək ki, mağaza Bazarstore-un Qarabağda sayca 2-ci mağazasıdır. Bundan öncə şəbəkənin Füzulidə mağazası istifadəyə verilmişdir.

bazarstore cəbrayıl
Chosen
16
8
marja.az

10Sources