EN

Mazhar Alansonun qızı vəfat etdi

Məşhur müğənni, aktyor Mazhar Alansonun qızı vəfat edib. 

“Qafqazinfo” türkiyə mətbuatına istinadən xəbər verir ki, 74 yaşlı sənətçinin 50 yaşlı qızı Eda Alanson müalicə aldığı xəstəxanada ölüb. 

Qeyd edək ki, Eda Alanson, Mazharın ilk evliliyindən olan övladı idi. Sənətçi jurnalist qızı ilə birlikdə 2009-cu ildə “Kirpi” filmində birlikdə rol alıblar. 

Bundan başqa, MFÖ-nin 10 ildən sonra işıq üzü görən “AGU” albomunun ilk mahnısı olan “Muaf”ın sözləri Eda Alansona, musiqisi isə atası Mazhar Alansona məxsusdur.

 




Chosen
21
9
qafqazinfo.az

10Sources