EN

Qərbdən Bortnikovun İrəvanla bağlı çıxışına reaksiya

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbərinin şərhləri cəfəngiyyatdır.

Axar.az xəbər verir ki, bunu AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stano FTX-nin rəhbəri Aleksandr Bortnikovun çıxışını şərh edərkən deyib.

“Bu şərhlər Ermənistana verdiyi vəd və öhdəliklərin yerinə yetirilməməsini ört-basdır etməyə çalışan Rusiya rejiminə xas olan tamamilə cəfəngiyyat, yalan və manipulyasiyadır”, - o bildirib.

Qeyd edək ki, FTX rəhbəri Aleksandr Bortnikov MDB ölkələrinin təhlükəsizlik qurumları rəhbərləri şurasının iclasında Qərbin İrəvanı Bakı ilə sülh danışıqlarını yubatmağa sövq etdiyini və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesinə rəhbərlik etmək, Cənubi Qafqazda NATO qoşunlarını yerləşdirmək niyyətində olduğunu demişdi.

Chosen
17
1
axar.az

2Sources