EN

Prezidentin açdığı bu obyektlərdən sonra "Araz iqtisadi zonası" necə olacaq…

Image

Vüqar Bayramov: “Sənaye Parkında açılan MMC-lərdə istehsalı nəzərdə tutulan məhsullara həm daxilihəm də dünya bazarında tələb var

Məlum olduğu kimiPrezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak ediblər

Bəllidir ki, İ.Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan yeni dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin - sənaye zonalarının (sənaye parkları və məhəllələri) yaradılması və fəaliyyətinin genişləndirilməsi xüsusi önəm kəsb edir. Bu səbəbdən də Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanları genişləndirilir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Prestij-Kimya” MMC-nin zavodunun təməlqoyma mərasimində iştirak edib. Elə həmin gün ölkə başçısı Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Karabakh Stone” MMC-nin zavodunun təməlqoyma mərasimində də iştirak edib. 

Maraqlıdır, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında bu cür MMC-lər həmin zonanın iqtisadi inkişafına nə kimi töhfələr verə bilər? Ümumiyyətlə, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının nə kimi perspektivləri var? 

Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması Qarabağda tək məskunlaşma deyilhəm də iqtisadiyyatın formalaşması deməkdir

Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı Azərbaycan və Şərqi Zəngəzurun iqtisadi potensialının artmasına xüsusi töhfə verəcək: “Nəzərə almaq lazımdır ki, Sənaye Parkında açılan MMC-lərdə istehsalı nəzərdə tutulan məhsullara həm daxili, həm də dünya bazarında tələb var. Bu səbəbdən də istehsal olunan məhsulların bir qisminin daxili bazara çıxarılması, digər bir qisminin isə xaricə ixrac olunması nəzərdə tutulur. Onu da nəzərə almaq lazımdır ki, artıq bölgəmizdə nəqliyyat, logistika formalaşıb. Bu səbəbdən də həmin məhsulların ixracı baxımından yeni imkanlar yaranacaq”.

Millət vəkili bildirdi ki “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması o deməkdir ki, Qarabağ və Şərqi Zəngəzur bərpa olunur, yenidən nəfəs alır. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması Qarabağda tək məskunlaşma deyil, həm də iqtisadiyyatın formalaşması deməkdir. Yaradılan Sənaye Parkı Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafını qısa zamanda nümayiş etdirir.

Günel CƏLİLOVA





Chosen
21
baki-xeber.com

1Sources