EN

“İnsan hüquqları və dünya dinləri” - seminar

Bakı, 4 oktyabr, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “İnsan hüquqları və dünya dinləri” mövzusunda seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, İlahiyyat fakültəsinin dekan müavini dosent Asəf Qənbərov məruzəsində insan hüquqlarının inkişafında dinin yeri və rolunun beynəlxalq konvensiyalarda necə əks olunduğunu qeyd edib. Məruzəçi müxtəlif dinlərdə insan hüquqlarına münasibəti müqayisəli şəkildə diqqətə çatdırıb. O, ölkəmizdə dini və etnik azlıqların hüquqlarına münasibəti yüksək qiymətləndirib. Həmçinin insan hüquqları üçün təhlükə törədən amillərlə mübarizə üsullarını izah edib.

Sonra Aİİ-nin hüquqşünası Mehman Məhərrəmov insan hüquqları və haqları haqqında ətraflı məlumat verərək Konstitusiyamızda bunların necə əks olunduğunu diqqətə çatdırıb. O, insan hüquqları anlayışının tarixi, həmçinin müasir insan hüquqları hərəkatının tarixi, beynəlxalq səviyyədə tanınması barədə ətraflı söz açıb. İnsan hüquqları ilə bağlı müqavilələrin əhəmiyyətindən bəhs edib.

Seminar müzakirələrlə davam edib.

 

Chosen
2
1
azertag.az

2Sources