EN

Herbert Hayner: “Vensan Kompani əla iş görür”

“Bayern”in prezidenti Herbert Hayner UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Aston Villa”ya məğlubiyyətini şərh edib.

Arena.az xatırladır ki, Almaniya nəhəngi İngiltərə təmsilçisi ilə səfər oyununda 0:1 hesablı gözlənilməz məğlubiyyətlə üzləşib.

Bu, belçikalı mütəxəssis Vensan Kompaninin “Bayern”in sükanı arxasında ilk məğlubiyyəti kimi əlamətdar olub.

Qarşılaşmadan sonra Almaniya mətbuatına açıqlama verən Herbert Hayner komandasından və Vensan Kompanidən razılıqla danışıb:

“Aston Villa”ya uduzmağın bir gərəyi-flanı yox idi, amma belə də olur. Bazar günü Frankfurtda qalib gəlməliyik, sonra isə dünya yenidən tamamilə fərqli görünəcək. Vensan Kompani əla iş görür və bunu meydanda göstərir. Çox qaçırıq, çox işləyirik, topu daha sürətli hərəkət etdiririk, daha yüksək təpki etməyə çalışırıq. Komandanı izləmək əladır”, – “Bayern & Germany” dərgisi Haynerdən sitat gətirir.

Xatırladaq ki, “Bayern” növbəti oyununu Almaniya Bundesliqasının 6-cı turu çərçivəsində səfərdə Frankfurt “Ayntraxt”ına qarşı keçirəcək. Oktyabrın 6-na nəzərdə tutulmuş oyunu hakim Bakı vaxtı ilə saat 19:30-da başladacaq.

Chosen
16
arena.az

1Sources