EN

Fransa parlamentində yeni baş nazirə etimadsızlıq səsverməsi irəli sürülüb

Fransa parlamentindəki solçu deputatlar bloku (Yeni Xalq Cəbhəsi) ölkənin baş naziri Mişel Barnyeyə etimadsızlıq səsverməsi keçirib.

oxu24.com  bu barədə Agence France-Presse-ə (AFP) istinadən xəbər verir.

Qanunvericilərin imzaladığı sənəddə deyilir: “Bu hökumətin mövcudluğu öz tərkibinə və istiqamətinə görə son qanunvericilik seçkilərinin nəticələrinin inkarıdır”.

Səsverməni sol koalisiyadan olan 192 deputat irəli sürüb. Sosialistlərin lideri Olivye For sənədi Milli Assambleyanın çərşənbə axşamı, oktyabrın 8-də keçiriləcək iclasında təqdim edəcək.

Sağçı Milli Ralli partiyası Marin Le Penin fraksiyası səsverməni dəstəkləmək niyyətində deyil, ona görə də onun qəbul olunma şansı azdır. Onun qəbulu üçün parlamentdə səs çoxluğu tələb olunur.

Sentyabrın 21-də Fransa prezidenti Emmanuel Makronun administrasiyasının rəhbəri Aleksi Koler ölkənin yeni hökumətinin təsdiq edilmiş tərkibini açıqlayıb.

Bundan əvvəl fransız siyasətçisi Florian Filippot Fransanın yeni hökumətini fəlakət adlandırıb və onu devirməyə çağırıb.

 

Miri

 

Chosen
37
46
oxu24.com

10Sources