EN

İran İsrailə müharibə elan edə bilər - Perenjiev

Təl-Əvivdən güclü atəş açılarsa, İran İsrailə müharibə elan edə bilər. Belə reaksiya təkcə İranda deyil, İraqda da cəmiyyət tərəfindən tələb olunacaq. Tehran həmçinin Təl-Əvivə qarşı “Allahın qəzəbi” adlı gizli əməliyyatlar təşkil edə bilər.

Azreform.info xəbər verir ki, bunu Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Siyasi təhlil və sosial-psixoloji proseslər kafedrasının dosenti Aleksandr Perendjiyev deyib.

"Müharibə açıq şəkildə aparılarsa, Tehran çətinliklərlə üzləşə bilər, çünki İsrailə ABŞ kömək edəcək. Belə bir vəziyyətdə NATO və onların müttəfiqlərinin imkanlarından istifadə oluna bilər. Gizli müharibə baş verərsə, HƏMAS, Husilər və Hizbullah iştirak edəcək", - o bildirib.

Chosen
3
1
azreform.info

2Sources