EN

Oğlunun boyu uzansın deyə yeməyinə toz səpdi

Məşhur Çinli aktrisa Den Şa oğlunun yeməyinə xüsusi toz qatması ilə tənqidə tuş gəlib.

Bakupost.az xəbər verir ki, 38 yaşlı qadın oğlunun boyunun uzanmamasından və bəstəboy olacağından narahat olaraq uşağın yeməyinə hər gün xüsusi boyadıcı tozlar qatır. Hazırda onun oğlu sinifdə ən alçaq boyludur.

Belə ki, sosial şəbəkədə oğlunun yeməyinə nəsə qatan qadın kapsulun markası və tərkibini açıqlamayıb.

Amma effektinə bələd olmadığı bir məhsulu uşağına verdiyi üçün izləyicilərin qınağına tuş gəlib.

Eləcə də həkimlər bu hadisəyə biganə qala bilməyib. Hətta uşağın boyu uzansa da, əks təsir və zərərdən heç kim sığortalanmayıb.

Amma aktrisa deyilənləri qəbul etmir.




Aygün Musayeva
BakuPost
Chosen
21
bakupost.az

1Sources