EN

Durov ilk dəfə övladını göstərdi - FOTO

Telegram messencerinin təsisçisi Pavel Durov ilk dəfə övladlarından biri ilə fotosunu dərc edib.
 

Sfera.az xəbər verir ki, foto onun şəxsi Telegram kanalında yayılıb.
 

"Google-un ən son Telegram yeniləməsini təsdiqləməsini səbirlə gözləsək də, gəlin bir az nostalji yaşayaq",- deyə sahibkar yazıb.
 

Biznesmen aydınlaşdırıb ki, fotoda böyük qızı onun yanında oturub. Şəkil 2013-cü ildə bir uşaq Durova “messenceri necə işə salmağı” göstərən zaman çəkilib.
 

Forbes jurnalına görə, Pavel Durovun keçmiş həyat yoldaşı Daria Bondarenkodan iki övladı var. 2009-cu ildə böyük qızı Alina, gələn il isə oğulları Mixail dünyaya gəlib.

Bu yay İsveçrədə yaşayan İrina Bolqar Forbes-ə bildirib ki, o, Telegram-ın qurucusunun daha üç övladının anasıdır. Jurnalistlərin xahişi ilə o, Durovun uşaqların atası kimi göstərildiyi doğum haqqında şəhadətnamələrin surətlərini təqdim edib. Nəticədə müxbirlər sənədlərin həqiqiliyinin təsdiqini aldıqlarını bildiriblər.

İnci
Sfera.az

 

Chosen
17
sfera.az

1Sources