EN

Aleksandr Lukaşenkonun helikopterini vurmaq istəyiblər?

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Pinsk vilayətinin Paroxonsk kənd təsərrüfatı şəhərciyinə səfər edib.

Oraya helikopterlə gələn Lukaşenko bildirib ki, uçuş zamanı Belarus hava məkanında pilotsuz təyyarələr müşahidə edilib. Lakin prezidentin sözlərinə görə, o, bundan narahat olmayıb. Belarus prezidenti dronların hansı ölkəyə aid olduğunu dəqiqləşdirməyib.

“Bunlar mənim problemlərim deyil, təhlükəsizlik xidmətinin problemləridir. Pilotsuz təyyarələrin hara uçmasına, prezidentin helikopterinin hara uçmasına baxsınlar. Mən bu barədə həqiqətən belə düşünürəm”, -Aleksandr Lukaşenko deyib. O əlavə edib ki, onun Pinsk vilayətinə uçuşu bir saat gecikib, lakin buna hava şəraiti səbəb olub. Prezidentin sözlərinə görə, dronların özləri “qeyri-adi dərəcədə aşağı” uçublar.

Lakin onlar Belarus prezidentinin iş uçuşuna mane olmayıblar. “İnsanların dediyi kimi, mən bundan çox narahat deyiləm. Və sonra, bilirsiniz: prezidentin helikopterini vurmaq ukraynalılara lazım olmayan müharibədir”, – Lukaşenko deyib.

//Samir Qurbanov, Editor.az

Chosen
24
editor.az

1Sources