EN

Bakı-Quba yolunda qəza baş verib, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Bakı-Quba yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərdən biri də Sumqayıt şəhər xəstəxanasında ölüb.

APA xəbər verir ki, qəzaya uğrayan avtomobilin sürücü 1975-ci il təvəllüdlü Salamov Rövşən Abdulla oğlu isə, hadisə yerində ölmüşdü.

Əlavə məlumat veriləcək.

***

23:46

Bakı-Quba yolunda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə yolun Yaşma qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

İdarəetmədən çıxan "BMW X5" markalı avtomobil yolun kənarına aşıb. Nəticədə 1 nəfər ölüb (şəxsiyyəti dəqiqləşdirilir), 3 nəfər isə yaralanıb.

Hadisənin səbəbi araşdırılır.

Chosen
4
4
apa.az

10Sources