Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 7-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Napoli” doğma meydanda “Komo” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı oyun Neapol təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.
Üç qolun vurulduğu “Verona” – “Venesiya” matçında da meydan sahibləri qələbə qazanıblar.
7-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
İtaliya, A Seriyası
7-ci tur
4 oktyabr
Napoli – Komo 3:1
Qollar: Maktominey, 1. Lukaku, 53-pen. D.Neres, 86 – Stefessa, 43.
Verona – Venesiya 2:1
Qollar: Tengstedt, 9. Yoronen, 81-öz qapısına – Oristanio, 3.
5 oktyabr
17:00. Udineze – Leççe
20:00. Atalanta – Cenoa
22:45. İnter – Torino
6 oktyabr
14:30. Yuventus – Kalyari
17:00. Bolonya – Parma
17:00. Latsio – Empoli
20:00. Montsa – Roma
22:45. Fiorentina – Milan