EN

Xızıda avtomobil aşıb, ölən və xəsarət alanlar var

Xızı rayonunda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə rayonun Yaşma qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

BMW “X 5” markalı avtomobilin yolun kənarına aşması nəticəsində 1975-ci il təvəllüdlü Rövşən Abdulla oğlu Salamov və daha bir nəfər (qadın, şəxsiyyəti dəqiqləşdirilir - red) ölüb.

Qeyd edək ki, qəza nəticəsində daha 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbi araşdırılır.

Chosen
6
9
olke.az

10Sources