EN

La Liqa: “Leqanes” və “Valensiya”dan qolsuz heç-heçə

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 9-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Leqanes” doğma meydanda “Valensiya” ilə münasibətlərinə aydınlıq gətirib. Tərəflər bu oyunu qolsuz başa vurublar.

9-cu turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

İspaniya, La Liqa
9-cu tur
4 oktyabr

Leqanes – Valensiya 0:0

5 oktyabr

16:00. Espanyol – Malyorka
18:15. Xetafe – Osasuna
20:30. Las Palmas – Selta
20:30. Valyadolid – Rayo Valyekano
23:00. Real – Vilyarreal

6 oktyabr

16:00. Jirona – Atletik
18:15. Alaves – Barselona
20:30. Sevilya – Betis
23:00. Real Sosyedad – Atletiko

Chosen
23
1
arena.az

2Sources