İngilis ulduz "Qalatasaray"ın "radarı"na düşüb.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" qış "transfer pəncərəsi"ndə "Lill"də çıxış edən Anxel Qomez üçün fransızların "qapısı"nı döyməyə hazırlaşır. Bu barədə Türkiyə mediasında məlumat yayılıb.

24 yaşlı oyunçu "Mançester Yunayted"in yetirməsidir. 

Qeyd edək ki, futbolçunun dəyəri 25 milyon avrodur. Mövsümün sonunda komandası ilə müqaviləsi başa çatacaq.